Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov növbəti səyyar qəbul keçirib

13 mart 2026 | 18:21

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 13 mart 2026-cı il tarixində Ə.Əzimzadə küçəsi 16 ünvanında yerləşən 62 nömrəli məktəb-liseydə sakinlərlə növbəti səyyar qəbul keçirib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov təsdiq olunmuş qrafikə uyğun olaraq rayon ərazisində keçirilən səyyar qəbulların məqsədinin sakinlərin qarşılaşdığı problemlərin aradan qaldırılması üçün görülən işlərin keyfiyyətinin artırılmasına, onların müraciətlərinə yerində baxılaraq, həllinin operativ təmin olunmasına xidmət etdiyini bildirib.

Sonra vətəndaşları narahat edən məsələlər dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, qaldırılan bəzi məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib, əlavə araşdırmalara ehtiyac duyulan məsələlər isə nəzarətə götürülüb.

Keçidlər