Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov növbəti səyyar qəbul keçirib

21 yanvar 2026 | 17:50

21 yanvar 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Nəsimi küçəsi 34 ünvanında yerləşən 229 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul keçirib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda sakinləri narahat edən məsələlər yerindəcə aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib və həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Araşdırılması və həlli əlavə vaxt tələb edən məsələlərlə əlaqədar aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib və nəzarətə götürülüb.

Keçidlər