İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov növbəti səyyar qəbul keçirib
15 oktyabr 2025-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov E.Süleymanov küçəsi 120A ünvanında yerləşən 220 nömrəli məktəb-liseydə sakinlərlə növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov təsdiq olunmuş qrafikə uyğun olaraq rayon ərazisində keçirilən səyyar qəbulların məqsədinin sakinlərin qarşılaşdığı problemlərin aradan qaldırılması üçün görülən işlərin keyfiyyətinin artırılmasına, onların müraciətlərinə yerində baxılaraq, həllinin operativ təmin olunmasına xidmət etdiyini bildirib.
Sonra vətəndaşların yaşadıqları ərazi üzrə müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair aidiyyəti üzrə tapşırıqlar verilib.






