Şriftin ölçüsü :

Saytın rəngi :

II Fəxri Xiyabanda şəhid kapitan Hətəmxan Quliyevin məzarı ziyarət edilib

30 sentyabr 2022 | 17:28

30 sentyabr 2022-ci il tarixində II Fəxri Xiyabanda Vətən müharibəsində şəhid olmuş kapitan Quliyev Hətəmxan Məti oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və rayonun gəncləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, kapitan Quliyev Hətəmxan 28 sentyabr 2020-ci il tarixində Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.  

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hətəmxan Quliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni,  "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər