Şriftin ölçüsü :

Saytın rəngi :

II Fəxri Xiyabanda şəhid Xəlili Samir Əhməd oğlu, çavuş İsayev Toğrul Natiq oğlu və kapitan Quliyev Şahmar Kəmaləddin oğlunun məzarları ziyarət edilib

01 oktyabr 2022 | 14:36

01 oktyabr 2022-ci il tarixində II Fəxri Xiyabanda Vətən müharibəsində şəhid olmuş Xəlili Samir Əhməd oğlu, çavuş İsayev Toğrul Natiq oğlu və kapitan Quliyev Şahmar Kəmaləddin oğlunun məzarları ziyarət edilib.

Anım mərasimində şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və rayonun gəncləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Qeyd edək ki, kapitan Şahmar Quliyev 28 sentyabr 2020-ci il tarixində Suqovuşan döyüşləri zamanı, çavuş Toğrul İsayev 30 sentyabr 2020-ci il tarixində,  Samir Xəlili isə 1 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıblar.  

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən kapitan  Şahmar Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Samir Xəlili və çavuş Toğrul İsayev  ölümlərindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif ediliblər.

Keçidlər