Mayor İlkin Rzayevin doğum günündə xatirəsi anılıb
28 iyul 2025-ci il tarixində Vətən Müharibəsi şəhidi, mayor Rzayev İlkin Cəfər oğlunun doğum günü ilə əlaqədar yaşadığı binanın qarşısında xatirə kompleksi ziyarət edilib.
Şəhidin xatirə kompleksi önünə əklil və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Şəhidin anası onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Qeyd edək ki, mayor İlkin Rzayev Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, 2 oktyabr 2020-ci il tarixində Murovdağ uğrunda gedən döyüşlərdə təxminən 40 nəfərə yaxın şəxsi heyəti olan qrupu mühasirədən xilas edərək şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.






