“Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda seminar keçirilib
23 oktyabr 2026 | 17:50
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda 23 oktyabr 2026-cı il tarixində növbəti seminar keçirilib.
Keçirilən seminarın məqsədi məktəb psixoloqları tərəfindən məişət zorakılığından zərər çəkmiş uşaqların vaxtında müəyyən edilməsi, onlara dərhal psixoloji yardımın göstərilməsi, məktəb psixoloqlarının bu sahədə rolunun artırılması və gələcəkdə bu kimi halların qarşısının alınması sahəsində maarifləndirilməsidir.






