Şriftin ölçüsü :

Saytın rəngi :

Məlhəm Beynəlxalq Hospitalda Zərifə xanım Əliyevanın doğum günü münasibətilə məktəblilər üçün növbəti ödənişsiz tibbi aksiya keçirilib

20 aprel 2026 | 14:39

Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Məlhəm Beynəlxaq Hospitalın təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü ərəfəsində növbəti sosialyönümlü tibbi aksiya həyata keçirilib.

Aksiya çərçivəsində məktəbli şagirdlər üçün ödənişsiz tibbi müayinələr həyata keçirilmişdir. Belə ki, uşaqlar pediatr, kardioloq, uşaq cərrahı və nevroloq müayinəsindən keçmiş, həmçinin ultrasəs (USM) və exokardioqrafiya (EKO) müayinələri aparılmışdır.

Tədbirin əsas məqsədi uşaqların sağlamlıq vəziyyətinin vaxtında qiymətləndirilməsi, mümkün xəstəliklərin erkən aşkarlanması və valideynlərin maarifləndirilməsidir. Müayinələr təcrübəli həkim heyəti tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmişdir.

Keçirilən belə aksiyalar Zərifə xanım Əliyevanın zəngin elmi irsinə və səhiyyə sahəsindəki əvəzsiz xidmətlərinə göstərilən dərin ehtiramın ifadəsi olmaqla yanaşı, eyni zamanda cəmiyyətin həssas təbəqələrinə yönəlmiş sosial qayğının bariz nümunəsidir.

Keçidlər