Modern Hospitalda Zərifə xanım Əliyevanın doğum günü ərəfəsində məktəblilər üçün pulsuz göz müayinəsi təşkil olunub
Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Modern Hospitalın təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın doğum günü ərəfəsində sosialyönümlü tibbi aksiya həyata keçirilib.
Aksiya çərçivəsində məktəb şagirdlərinin görmə problemlərinin erkən aşkarlanması, onların sağlamlığının qorunması və valideynlərin bu sahədə maarifləndirilməsi məqsədilə pulsuz göz müayinələri təşkil olunub.
Müayinələr zamanı şagirdlərin görmə qabiliyyəti yoxlanılıb, zəruri hallarda əlavə diaqnostik müayinələr və həkim məsləhətləri verilib. Aksiyada iştirak edən ixtisaslı həkim-oftalmoloqlar tərəfindən qeyd edilib ki, erkən yaşlarda aparılan müayinələr gələcəkdə yarana biləcək ciddi göz xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır.
Keçirilən bu aksiyalar Zərifə xanım Əliyevanın zəngin elmi irsinə və səhiyyə sahəsinə verdiyi böyük töhfələrə ehtiram əlaməti olaraq təşkil edilir, eyni zamanda, cəmiyyətin həssas təbəqələrinə dəstək göstərmək məqsədi daşıyır.






