Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib

08 iyul 2024 | 13:29

08 iyul 2024-cü il tarixdə Nizami Rayon Ağsaqqallar Şurasının növbəti hesabat yığıncağı keçirilib. Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini, akademik, millət vəkili Əhliman Əmiraslanov, millət vəkili Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, rayon Ağsaqqallar Şurasının üzvləri, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə güllər qoyub, xatirəsini böyük ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini, akademik, millət vəkili Əhliman Əmiraslanov, millət vəkili Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizdə ağsaqqallara böyük diqqət və qayğı, xüsusi hörmət göstərilib, onların fəaliyyətləri həmişə yüksək qiymətləndirilib.

Eyni zamanda, çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Respublikamızda ağsaqqalların xüsusi qayğı ilə əhatə olunması, onların öz əməli fəaliyyətləri, bilik və təcrübələri ilə ölkəmizin ictimai həyatında, xüsusilə də gənc nəslin milli-mənəvi dəyərlərimizə, doğma Vətənimizə hörmət ruhunda formalaşdırılmasında öz töhfələrini verdikləri də vurğulanıb.

Tədbirdə Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyevin hesabat məruzəsi dinlənilib, məruzə ətrafında çıxışlar olub.

Tədbirin sonunda Nizami Rayon Ağsaqqallar Şurasının üzvlərinə rayonun ictimai həyatında fəal iştiraklarına görə təşəkkür edilib, gələcək işlərində onlara böyük uğurlar arzulanıb.

Keçidlər