Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətində 2022-ci il “Şahin” hərbi-idman oyununun respublika üzrə qalib komandası ilə görüş keçirilib

19 may 2022 | 09:41

19 may 2022-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində 2022-ci il “Şahin” hərbi-idman oyununun qalib komandası ilə görüş keçirilib.

Tədbiri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov açaraq bildirib ki, yeniyetmə-gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində 1996-cı ildən keçirilən "Şahin" hərbi-idman oyununun böyük əhəmiyyəti vardır. Pandemiya səbəbindən son iki ildə keçirilməyən bu tədbirə yenidən start verilmiş və çox sevindirici haldır ki, 10 may 2022-ci il tarixində “Şuşa ili” çərçivəsində və ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr  edilmiş və 18 komandanın iştirakı ilə keçirilən respublika üzrə final yarışında Nizami rayonunun komandası qalib olmuşdur.

Qalib komandanı səmimi qəlbdən təbrik edən Coşqun Cəbrayılov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun şücaəti nəticəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər qələbəmizin təntənəsi ilə Qənimətlər Parkında keçirilmiş tədbirdə qazanılan bu uğur xüsusi önəm daşıyır.

Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən söz açan Coşqun Cəbrayılov xüsusi olaraq vurğulayıb ki, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu gün respublikamızda yeniyetmə-gənclərin vətənpərvər ruhda tərbiyəsinin formalaşdırılması, onlarda hərbi-vətənpərvərlik, Vətənə, doğma torpağa məhəbbət hisslərinin yüksəldilməsi,  gənclərin mənəvi, psixoloji və fiziki hazırlığının təmin edilməsi,  milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində uğurlu layihələr həyata keçirilir.

Görüşdə,  həmçinin  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və 220 saylı məktəb-liseyin Çağırışaqədər hazırlıq rəhbəri Mübariz Məmmədov çıxış edərək qalib komandanın üzvlərini təbrik ediblər və ölkəmizdə yeniyetmə-gənclərə göstərilən qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda 2022-ci il "Şahin" hərbi-idman oyununun qalib komandasının üzvləri Rayon İcra Hakimiyyəti başçısı tərəfindən mükafatlandırılıblar.

Keçidlər