Nizami Rayon İcra Hakimiyyətində “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” mövzusunda təlim keçirilib
Nizami Rayon İcra Hakimiyyəti və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə 14 may 2026-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” mövzusunda təlim keçirilib.
Dövlət İmtahan Mərkəzinin Vəzifələrin idarəedilməsi və ehtiyat kadrlarla iş sektorunun məsləhətçisi Fərid Abuşzadə təlim zamanı iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müxtəlif dövrlər üzrə təsdiq edilmiş ali təhsil üzrə ixtisasların uyğunlaşdırılması cədvəli nəzərə alınmaqla təhsilə dair tələbin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, habelə “Dövlət qulluğu-Vəzifələrin İdarə edilməsi Sistemi”ndən istifadə və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verib.
Təlim zamanı Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının sualları cavablandırılıb, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda təlimin qiymətləndirilməsi üçün iştirakçılar tərəfindən sorğu-anket forması doldurulub.






