Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin 20-ci ildönümü münasibətilə görüş keçirilib

17 dekabr 2025 | 16:47

Dekabrın 17-də Nizami Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin  20-ci ildönümü münasibətilə FHN-in  Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon Yanğından Mühafizə Hissəsi və Mülki Müdafiə Şöbəsinin bir qrup əməkdaşı ilə görüş keçirilib. 

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov fövqəladə hallar orqanlarının əməkdaşlarını peşə bayramı və yubiley münasibətilə təbrik edərək, onlara çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd olunub ki, ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təmin edilməsi, maddi və mədəni sərvətlərin qorunması, vətəndaşlarımızın firavan həyat və fəaliyyətinin təmin edilməsi üçün fövqəladə hallar orqanlarının əməkdaşları bütün qüvvə və bacarıqlarını səfərbər edərək, həyatı təhlükə ilə üz-üzə qalaraq şərəfli vəzifələrini layiqincə yerinə yetirirlər.

Vurğulanıb ki, ölkəmizdə və onun hüdudlarından kənarda baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında əsl fədakarlıq göstərən FHN-nin qüvvələri bundan sonra da vətəndaşlarımızın təhlükəsizliyinin keşiyində dayanacaqlar.

Sonda mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən bir qrup şəxs Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.

Keçidlər