Nizami Rayon İcra Hakimiyyətində müşavirə keçirilib
Nizami Rayon İcra Hakimiyyətində yaz-yay mövsümünə hazırlıqla bağlı geniş tərkibli müşavirə keçirilib.
Nizami Rayon İcra Hakimiyyətində rayonun xidmət sahələrinin və digər təşkilatların rəhbərlərinin iştirak etdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətində yaz-yay mövsümünə hazırlığının vəziyyəti ilə bağlı keçirilən müşavirədə verilmiş tapşırıqların icrası və rayon ərazisində icra olunan genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərinin mövcud vəziyyəti müzakirə edilib.
Müşavirədə “Memarlıq və şəhərsalma ili” ilə bağlı hazırlanmış “Tədbirlər Planı”na əsasən görüləcək işlərdən danışılıb. Qeyd olunub ki, cari ilin may ayında Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası kimi mötəbər beynəlxalq tədbirin paytaxtımızda təşkili ilə əlaqədar olaraq rayonda forum ərəfəsində hazırlıq tədbirlərinin daha da gücləndirilməsi, xüsusilə parkların, məhəllədaxili yolların, səkilərin, prospekt və küçələr boyunca hasarların eləcə də yaşıllıq sahələrinin abadlaşdırılması ilə bağlı aidiyyəti qurumlara müvafiq göstərişlər verilib.
Eyni zamanda, müşavirədə monitorinq qrupları tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunmuş çatışmazlıqlar slaydlar vasitəsilə nümayiş etdirilib. Rayon İcra Hakimiyyətinin başçısı nöqsanların qısa müddət ərzində aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.






