Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

11 iyun 2025 | 17:40

11 iyun 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov rayonun xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Müşavirədə rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verilib, sanitar-gigiyenik vəziyyətin diqqət mərkəzində saxlanıldığı, mütəmadi iməciliklər keçirildiyi, ağac və dekorativ bəzək kolları əkildiyi, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərildiyi qeyd olunub.

Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov rayon ərazisində  müəyyən nöqsanların da aşkar olunduğunu qeyd edib və bu nöqsanların tez bir zamanda aradan qaldırılması üçün xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını verib. 

Bundan əlavə, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, səyyar qəbullarda verilən tapşırıqların dərhal icra edilməsi, həmçinin növbəti payız-qış mövsümünə hazırlıq işlərinə indidən başlanılması ilə bağlı müvafiq göstərişlərini verib.

Keçidlər