Nizami Rayon İcra Hakimiyyətində növbəti müşavirə keçirilib
14 avqust 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
Müşavirədə rayon ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri müzakirə edilib, xidmət sahələrinin rəhbərlərinin görülən işlər barədə məruzələri dinlənilib.
Müşavirədə, həmçinin rayon ərazisində monitorinq qrupları tərəfindən aparılan reydlər zamanı aşkar edilən nöqsanlar slaydlarla nümayiş etdirilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
Bundan əlavə, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, səyyar qəbullarda verilən tapşırıqların dərhal icra edilməsi, həmçinin növbəti payız-qış mövsümünə hazırlıq işlərinə başlanılması ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq göstərişlərini verib.






