Nizami Rayon İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
12 dekabr 2024 | 10:45
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür.
12 dekabr 2024-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, başçının müavinləri və aparatın şöbə müdirləri Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini anıblar.