Nizami Rayon İcra Hakimiyyətinin başçısı Babək prospekti 85 və 85a ünvanlarına baxış keçirib
24 sentyabr 2025 | 19:23
Sakinlərin müraciəti əsasında sentyabrın 24-də Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Babək prospekti 85 və 85A ünvanına baxış keçirib.
Eyni zamanda, həmin ünvanda yaşayan sakinlərlə də görüşüb, onların təkliflərini dinləyib, aidiyyəti üzrə iş icraçılarına, digər xidmət təşkilatlarının rəhbərlərinə tapşırıq verib.
Rayon sakinləri vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, xüsusilə də çoxmənzilli yaşayış binalarında və məhəllələrdə aparılan təmir və yenidənqurma işləri ilə bağlı razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.






