Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı beynəlxalq olimpiada qalibi olan rayon gəncləri ilə görüşüb

22 avqust 2025 | 19:13

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov beynəlxalq olimpiadalarda yüksək yerlər tutmuş gənclərlə görüşüb.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov gəncləri qazandıqları nailiyyətlər və həmçinin beynəlxalq səviyyədə tanınmış, nüfuzlu universitetlərə qəbul olmaları münasibətilə təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb. Onların hər birinin ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etməsi, elm olimpiadaların ölkə üçün əhəmiyyəti, elmi potensialın inkişafı, gənc alimlərin yetişməsinin vacibliyi haqqında fikirlərini bildirib.

Bildirilib ki, ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, onların keyfiyyətli təhsil alması və hərtərəfli inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu məqsədlə gənclərin bilik və bacarıqlarının artırılması, eləcə də onların xarici ölkələrdə ali təhsil almaları üçün geniş imkanlar yaradılır, müvafiq dəstək proqramları həyata keçirilir. Gənclərimizin beynəlxalq miqyasda əldə etdiyi bu uğurlar isə məhz həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin, eləcə də təhsilin inkişafına göstərilən dövlət qayğısının bariz nəticəsidir.

Beynəlxalq olimpiadalarda yüksək yerlər tutan Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdləri Nəzrin Həsənova, Ümid Mustafazadə, Murad Xəlilzadə, Rəsul Ağakişiyev və Zaur Hacızadə gənclərə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sonda qaliblərə Fəxri fərmanlar, hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

 

Keçidlər