Nizami Rayon İcra Hakimiyyətinin başçısı C.Naxçıvanski küçəsi 102, 104 və 106 nömrəli binalarda yaşayan sakinlərlə görüşüb
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində təmir işləri aparılan C.Naxçıvanski küçəsi 102, 104 və 106 nömrəli binalarda yaşayan sakinlərlə görüşüb.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı sözügedən məhəllədə aparılacaq abadlıq işləri ilə əlaqədar sakinlərlə qarşılıqlı fikir mübadiləsi apararaq onların təkliflərini dinləyib və aidiyyəti üzrə iş icraçılarına, digər xidmət təşkilatlarının rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.
Rayon sakinləri vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, xüsusilə də çoxmənzilli yaşayış binalarında və məhəllələrdə aparılan təmir və yenidənqurma işləri ilə bağlı razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə xüsusi minnətdarlıqlarını ifadə ediblər.






