Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov iyul ayında növbəti səyyar qəbullar keçirib

31 iyul 2025 | 15:01

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 2025-ci ilin iyul ayında təsdiq olunmuş qrafikə uyğun olaraq Q.Qarayev prospekti 73b, Özbəkistan küçəsi 3, Keşlə qəsəbəsi, Puşkin küçəsi 19 və C.Naxçıvanski küçəsi 37 ünvanlarında yerləşən ümumtəhsil müəssisələrinin akt zalında “Açıq mikrofon” formatında növbəti səyyar qəbullar keçirib.

Keçirilən qəbullarda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbullarda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən problemlərin aradan qaldırılması yerindəcə aidiyyəti məsul şəxslərə tapşırılıb. Əlavə araşdırma tələb edən müraciətlər nəzarətə götürülməklə, onların qısa zamanda həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Keçidlər