Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov növbəti səyyar qəbul keçirib

11 fevral 2026 | 18:26

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov fevral ayı üçün  təsdiq olunmuş qrafikə uyğun olaraq, Ə.Hacıyev küçəsi 28 ünvanında yerləşən 3 saylı xüsusi təhsil məktəbində “Açıq mikrofon” formatında növbəti səyyar qəbul keçirib.

Keçirilən qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbulda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən problemlərin aradan qaldırılması yerindəcə aidiyyəti məsul şəxslərə tapşırılıb. Əlavə araşdırma tələb edən müraciətlər nəzarətə götürülməklə, onların qısa zamanda həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Keçidlər