Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov növbəti səyyar qəbul keçirib

19 avqust 2026 | 18:21

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 19 avqust 2026-cı il tarixində Ş.Mirzəyev küçəsi 53 ünvanında yerləşən Kimya-Biologiya Təmayüllü Respublika Liseyində sakinlərlə növbəti səyyar qəbul keçirib.

"Açıq mikrofon" formatında təşkil olunan qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə, Nizami bələdiyyəsinin sədri və yerli xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.

Görüş zamanı vətəndaşların sosial-məişət, kommunal və digər sahələrlə bağlı müraciətləri fərdi qaydada dinlənilib. Müraciətlərin bir qismi operativ şəkildə yerindəcə həllini tapıb, bəzi məsələlərlə bağlı isə qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşlara ətraflı izahat verilib.

Sakinlərin sosial rifahının yaxşılaşdırılmasına yönələn görüşdə əlavə araşdırma tələb edən müraciətlərin qısa zamanda icra olunması üçün aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

Keçidlər