Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov növbəti səyyar qəbul keçirib
10 dekabr 2025-ci il tarixində B.Nuriyev küçəsi 45 ünvanında yerləşən 250 nömrəli tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov sakinlərlə növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov təsdiq olunmuş qrafikə uyğun olaraq rayon ərazisində keçirilən səyyar qəbulların məqsədinin sakinlərin qarşılaşdığı problemlərin aradan qaldırılması üçün görülən işlərin keyfiyyətinin artırılmasına, onların müraciətlərinə yerində baxılaraq, həllinin operativ təmin olunmasına xidmət etdiyini bildirib.
Sonra vətəndaşların yaşadıqları ərazi üzrə müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair aidiyyəti üzrə tapşırıqlar verilib.






