Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov növbəti səyyar qəbulda rayon sakinləri ilə görüşüb

08 aprel 2026 | 17:07

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıq və tövsiyələrinə uyğun olaraq, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi davam etdirilir.

Rayon sakinlərinin qarşılaşdıqları problemlərin yerində öyrənilməsi və operativ şəkildə həll olunması məqsədilə, 8 aprel 2026-cı il tarixində 145 nömrəli tam orta məktəbin akt zalında Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun aprel ayı üzrə növbəti səyyar qəbul-görüşü keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Görüş zamanı sakinlərin ərazi üzrə qarşılaşdıqları müxtəlif xarakterli problemlərlə bağlı müraciətləri, o cümlədən yaşadıqları ərazilərin abadlaşdırılması, kommunal xidmətlərin keyfiyyətinin artırılması və sosial məsələlərlə bağlı rəy və təklifləri fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin mahiyyəti üzrə onlara geniş və müfəssəl izahatlar verilib.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov sakinlər tərəfindən səsləndirilən hər bir müraciətin mövcud qanunvericiliyin tələblərinə uyğun, operativ və obyektiv şəkildə həlli üçün aidiyyəti struktur bölmələrin və xidmət qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. İcraatı zaman tələb edən məsələlər isə xüsusi nəzarətə götürülərək qeydiyyata alınıb.

Keçidlər