Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov növbəti səyyar qəbulda rayon sakinləri ilə görüşüb
Rayon sakinlərinin qarşılaşdıqları problemlərinin yerində öyrənilməsi və operativ həlli məqsədilə 15 aprel 2026-cı il tarixində Ş.Mirzəyev küçəsi 53 ünvanında yerləşən Kimya-Biologiya Təmayüllü Respublika Liseyində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tərəfindən növbəti səyyar qəbul keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, 1 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Qəbulda sakinlərin ərazi üzrə qarşılaşdıqları problemlərlə bağlı müraciətləri, eyni zamanda rəy və təklifləri dinlənilib, onlara müvafiq izahatlar verilib.
Sakinlər tərəfindən səsləndirilən müraciətlər qeydiyyata alınıb və qanunvericiliyə uyğun operativ həlli üçün Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.






