Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov növbəti səyyar qəbulda rayon sakinləri ilə görüşüb

15 iyul 2026 | 17:24

Sakinlərin qarşılaşdıqları çətinliklərin yerindəcə öyrənilməsi və qaldırılan məsələlərin vaxtında həll edilməsi məqsədilə 15 iyul 2026-cı il tarixində növbəti vətəndaş qəbulu təşkil olunub. YAP Nizami rayon təşkilatında baş tutan görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov yerli sakinlərlə bir araya gəlib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə, rayonun xidmət sahələrinin rəhbərləri və yerli sakinlər iştirak ediblər.

Görüş zamanı vətəndaşların müxtəlif sahələrlə bağlı müraciətləri fərdi qaydada dinlənilib.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov səsləndirilən hər bir problemin qanunvericiliyə uyğun, çevik və effektiv şəkildə həll olunması üçün aidiyyəti struktur bölmələrinin və xidmət sahələrinin rəhbərlərinə konkret tapşırıqlar verib və məsələlərin icrasını nəzarətə götürüb.

Keçidlər