Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov növbəti səyyar qəbulda rayon sakinləri ilə görüşüb
Rayon sakinlərinin qarşılaşdıqları problemlərin yerində öyrənilməsi və operativ həll edilməsi məqsədilə 24 iyun 2026-cı il tarixində 61 nömrəli tam orta ümumtəhsil məktəbində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və yerli sakinlər iştirak ediblər.
Görüş zamanı sakinlərin ərazi üzrə qarşılaşdıqları müxtəlif məsələlərlə bağlı müraciətləri, o cümlədən rəy və təklifləri fərdi qaydada dinlənilib, qaldırılan mövzular ətrafında vətəndaşlara müvafiq hüquqi izahatlar verilib.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov sakinlər tərəfindən səsləndirilən hər bir müraciətin qanunvericiliyə uyğun olaraq qısa zamanda və operativ şəkildə həll edilməsi məqsədilə aidiyyəti struktur bölmələrinin və xidmət sahələrinin rəhbərlərinə konkret tapşırıqlar verib, icrasını nəzarətə götürüb.






