Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov növbəti səyyar qəbulda rayon sakinləri ilə görüşüb

08 oktyabr 2025 | 17:00

Rayon sakinlərinin qarşılaşdıqları problemlərinin yerində öyrənilməsi və operativ həlli məqsədilə 08 oktyabr 2025-ci il tarixində “Zəngi” liseyində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tərəfindən oktyabr ayı üzrə nəzərdə tutulan növbəti səyyar qəbul keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 2 №-li  sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Qəbulda  sakinlərin ərazi üzrə qarşılaşdıqları problemlərlə bağlı müraciətləri, eyni zamanda rəy və təklifləri dinlənilib, onlara müvafiq izahatlar verilib.

Rayon İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən səsləndirilən müraciətlərin qanunvericiliyə uyğun operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Keçidlər