Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov növbəti səyyar qəbullar keçirib

01 aprel 2025 | 11:28

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 2025-ci ilin mart ayında növbəti səyyar qəbullar keçirib.

Səyyar qəbullarda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

“Açıq mikrofon” formatında keçirilən qəbullarda rayon sakinlərini narahat edən problemlər dinlənilib, verilən suallar ətraflı cavablandırılıb.

Sakinlər tərəfindən qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə olunub, bir sıra məsələlər yerindəcə həll edilib. Əlavə araşdırma tələb edən problemlərin qısa zamanda aradan qaldırılması üçün Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

 

Keçidlər