Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib
03 iyun 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tərəfindən 70 nömrəli məktəb-liseydə sakinlərlə növbəti səyyar qəbul keçirilib.
Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndə, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Qarşılıqlı etimad və dialoq şəraitində keçən görüşdə vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan bir sıra məsələlərlə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sakinlərə müvafiq izahatlar verilib. Həlli zaman tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb və onların qısa müddətdə, operativ şəkildə həlli üçün aidiyyəti idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilib.






