Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib
Rayon sakinlərini narahat edən problemləri yerində müəyyənləşdirib operativ aradan qaldırmaq məqsədilə 2026-cı ilin 9 sentyabr tarixində Özbəkistan küçəsi 3 ünvanında yerləşən 32 №-li tam orta ümumtəhsil məktəbinin akt zalında Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov növbəti səyyar qəbul keçirib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndə, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Qəbulda sakinləri narahat edən müxtəlif məsələlər diqqətlə dinlənilib və hər bir vətəndaşın müraciətinə fərdi qaydada baxılıb.
Səsləndirilən və həlli mümkün olan problemlərin qısa zamanda aradan qaldırılması ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov aidiyyəti idarə və xidmət rəhbərlərinə tapşırıqlar verib. Həlli zaman tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.






