Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib

10 iyun 2026 | 18:06

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 2026-cı ilin 10 iyun tarixində Özbəkistan küçəsi 3 ünvanında yerləşən 12 №-li tam orta ümumtəhsil məktəbində rayon sakinləri ilə “Açıq mikrofon” formatında növbəti səyyar qəbul keçirib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, RİH başçısının sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Nizami bələdiyyəsinin sədri və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbulda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlər yerindəcə aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib və həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Əlavə araşdırma tələb edən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər