Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib

25 may 2026 | 18:26

Rayon sakinlərinin qarşılaşdıqları problemlərinin yerində öyrənilməsi və operativ həlli məqsədilə 25 may 2026-cı il tarixində Q.Qarayev prospekti 73b ünvanında yerləşən 210 №-li tam orta ümumtəhsil məktəbində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tərəfindən növbəti səyyar qəbul keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, 2 №-li  sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Qəbulda  sakinlərin ərazi üzrə qarşılaşdıqları problemlərlə bağlı müraciətləri, eyni zamanda rəy və təklifləri dinlənilib, onlara müvafiq izahatlar verilib.

Rayon İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən səsləndirilən müraciətlərin qanunvericiliyə uyğun operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Keçidlər