Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov rayon sakinləri ilə növbəti səyyar qəbullar keçirib

25 avqust 2025 | 18:20

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov avqustun  6-da 70 nömrəli məktəb-liseydə,  avqustun 13-də  62 №-li məktəb-liseydə və avqustun 20-də 229 №-li tam orta məktəbdə rayon sakinləri ilə “Açıq mikrofon” formatında səyyar qəbullar keçirib.

Qəbullarda  Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbullarda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verilən suallar ətraflı cavablandırılıb.

Qəbullarda səsləndirilən problemlərin qısa zamanda aradan qaldırılması üçün  Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Eyni zamanda, səyyar görüşlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalı haqqında sakinlər məlumatlandırılıb.

Səyyar qəbullarda çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər