Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov sakinlərlə növbəti səyyar qəbul keçirib

01 iyul 2026 | 18:10

01 iyul 2026-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 220 nömrəli tam orta məktəbdə rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov sakinlərin problemlərini birinci mənbədən dinləmək və operativ həllini təmin etmək məqsədilə bu cür səyyar görüşlərin əvvəlcədən təsdiq olunmuş qrafikə uyğun olaraq müntəzəm təşkil edildiyini vurğulayıb. İcra başçısı diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması və qaldırılan məsələlərin diqqətlə araşdırılaraq həll olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas prioritetini təşkil edir.

Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müxtəlif məsələlərlə bağlı müraciət, rəy və təklifləri dinlənilib. Qaldırılan problemlərin bir çoxunun yerindəcə həll edilməsi məqsədilə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən digər məsələlər isə nəzarətə götürülüb.

Keçidlər