Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov sakinlərlə növbəti səyyar qəbul keçirib
08 iyul 2026-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 214 nömrəli tam orta ümumtəhsil məktəbində rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Görüşdə İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, RİH başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Vətəndaşların problemlərini yerində və operativ həll etmək məqsədilə təşkil olunan qəbulda çıxış edən Coşqun Cəbrayılov Prezident cənab İlham Əliyevin vətəndaşlara xidmət prinsiplərini rəhbər tutaraq, müraciətlərə həssas yanaşılmasının və vətəndaş məmnunluğunun təmin edilməsinin qurumun fəaliyyətində hər zaman başlıca prioritet olduğunu vurğulayıb.
Daha sonra sakinlərin müraciətlərinin fərdi qaydada dinlənilməsinə başlanılıb. Dialoq formatında davam edən görüşdə vətəndaşların təklif və şikayətləri qeydiyyata alınıb. Qaldırılan məsələlərin operativ həlli məqsədilə aidiyyəti qurum rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib, araşdırma tələb edən digər müraciətlər isə nəzarətə götürülüb.






