Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Əli Vəliyev küçəsi 3, 3a və 6 nömrəli binalarda aparılan təmir işlərinə baxış keçirib

23 avqust 2025 | 15:04

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində təmir işləri aparılan Əli Vəliyev küçəsi 3, 3a və 6 nömrəli binalara baxış keçirib.

Rayon İcra Hakimiyyətinin başçısı qeyd olunan ünvanlarda yaşayan sakinlərlə görüşüb, onların təkliflərini dinləyib, aidiyyəti üzrə iş icraçılarına, digər xidmət təşkilatlarının rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Rayon sakinləri vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, xüsusilə də çoxmənzilli yaşayış binalarında və məhəllələrdə aparılan təmir və yenidənqurma işləri ilə bağlı razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə xüsusi minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər