Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı iyul ayında növbəti səyyar qəbullar keçirib

26 iyul 2023 | 12:43

Nizami rayon sakinlərinə yaxın olmaq, onların problemlərini özlərindən eşitmək və yerindəcə aradan qaldırmaq məqsədilə 2023-cü ilin iyul ayında Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun dörd səyyar qəbulu keçirilib.

Keçirilən qəbullarda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbullarda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, bir sıra müraciətlərdə əksini tapan məsələlər yerindəcə həll edilib, vətəndaşları narahat edən digər məsələlərlə bağlı verilən suallar isə ətraflı cavablandırılıb.

Rayon İcra Hakimiyyətinin başçısı həlli əlavə araşdırma tələb edən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində və sakinlərin böyük fəallığı ilə keçən görüşlərdə çıxış edən rayon sakinləri, əvvəlki səyyar qəbularda qaldırılan problemlərin müsbət həllindən razılıq etdiklərini söyləyiblər, eyni zamanda onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Səyyar görüşlərdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalı haqqında sakinlər məlumatlandırılıb.

Keçidlər