Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı iyun ayında növbəti səyyar qəbullar keçirib

03 iyul 2023 | 17:08

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 2023-cü ilin iyun ayında növbəti dörd səyyar qəbul keçirib.

Səyyar qəbullarda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

“Açıq mikrofon” formatında keçirilən qəbullarda rayon sakinlərini narahat edən problemlər dinlənilib, verilən suallar ətraflı cavablandırılıb. Sakinlər tərəfindən qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə olunub, bir sıra məsələlər yerindəcə həll edilib. Əlavə araşdırma tələb edən problemlərin qısa zamanda aradan qaldırılması üçün Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Qəbullarda rayon sakinləri həmçinin əvvəlki görüşlərdə qaldırılan məsələlərin həllinə görə minnətdarlıqlarını bildiriblər.

Eyni zamanda, səyyar qəbullarda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalı haqqında sakinlər məlumatlandırılıb.

Keçidlər