Nizami Rayon İcra Hakimiyyətinin başçısı Keşlə qəsəbə sakinləri ilə növbəti səyyar qəbul keçirib
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 03 dekabr 2025-ci il tarixində 201 nömrəli tam orta məktəbdə Keşlə qəsəbə sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Keşlə bələdiyyəsinin və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda çıxış edən sakinlərin müxtəlif məsələlərlə əlaqədar problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, qaldırılan bəzi məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib, əlavə araşdırmalara ehtiyac duyulan məsələlər isə nəzarətə götürülüb.
Keşlə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






