Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı mart ayında növbəti səyyar qəbullar keçirib

03 aprel 2023 | 10:39

Nizami rayonunda sakinlərin problemlərinin yerindəcə öyrənilib aradan qaldırılması məqsədilə 2023-cü ilin mart ayında Rayon İcra Hakimiyyəti başçısı Coşqun Cəbrayılovun dörd səyyar görüşü keçirilib.

Səyyar qəbullarda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbullarda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verilən suallar ətraflı cavablandırılıb.

Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən səsləndirilən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər