Nizami Rayon İcra Hakimiyyətinin başçısı may ayında növbəti səyyar qəbullar keçirib
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov may ayında rayon sakinləri ilə növbəti səyyar qəbullar keçirib.
Qəbullarda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbullarda vətəndaşların müraciətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, onlara ətraflı izahatlar verilib, bəzi məsələlər yerindəcə həll olunub. Sakinləri narahat edən və araşdırılması əlavə vaxt tələb edən digər mövcud problemlərin qısa zamanda həlli üçün əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilərək, onların həlli nəzarətə götürülüb.
Eyni zamanda, səyyar görüşlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalı haqqında sakinlər məlumatlandırılıb.