Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

04 mart 2026 | 18:01

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov martın 4-də rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib.

Qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda sakinlərin söylədikləri müxtəlif təkliflər dinlənilib, onları narahat edən məsələlər yerindəcə aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib və həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Araşdırılması və həlli əlavə vaxt tələb edən məsələlərlə əlaqədar aidiyyəti təşkilat rəhbərlərinə  müvafiq tapşırıqlar verilib və nəzarətə götürülüb.

Eyni zamanda, səyyar qəbulda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalı haqqında sakinlər məlumatlandırılıb.

Keçidlər