Nizami Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 2026-cı ilin 21 oktyabr tarixində Ə.Kürçaylı küçəsi 3 ünvanında yerləşən 238 №-li tam orta ümumtəhsil məktəbinin akt zalında növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, RİH başçısının sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Nizami bələdiyyəsinin sədri və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Açıq mikrofon formatlnda keçən səyyar qəbulda rayon sakinlərinin sosial-məişət, kommunal və digər sahələrə dair müraciətləri fərdi qaydada dinlənilib. Operativlik prinsiplərinə uyğun olaraq, bir sıra müraciətlərdə əksini tapan problemlər yerindəcə həll edilib, digər qaldırılan məsələlərlə bağlı, qanunvericiliyin tələbləri izah olunmaqla, vətəndaşlar ətraflı məlumatlandırılıb, xüsusi araşdırma və zaman tələb edən müraciətlərin qısa müddətdə icra olunması istiqamətində müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verilib.






