Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

23 oktyabr 2026 | 18:03

Rayon sakinlərinin qarşılaşdıqları problemlərin yerində öyrənilməsi və operativ şəkildə həll olunması məqsədilə 23 oktyabr 2026-cı il tarixində İ.Məmmədov küçəsi 9 ünvanında yerləşən 129 №-li tam orta ümumtəhsil məktəbinin akt zalında Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun oktyabr ayı üzrə növbəti səyyar qəbulu keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının, 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Qəbulda sakinlərin ərazi üzrə qarşılaşdıqları müxtəlif xarakterli problemlərlə bağlı müraciətləri, o cümlədən yaşadıqları ərazilərin abadlaşdırılması, kommunal xidmətlərin keyfiyyətinin artırılması və sosial məsələlərlə bağlı rəy və təklifləri fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin mahiyyəti üzrə onlara geniş və müfəssəl izahatlar verilib.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov sakinlər tərəfindən səsləndirilən hər bir müraciətin mövcud qanunvericiliyin tələblərinə uyğun, operativ şəkildə həlli üçün aidiyyəti struktur bölmələrin və xidmət qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. İcraatı zaman tələb edən məsələlər isə xüsusi nəzarətə götürülərək qeydiyyata alınıb.

Keçidlər