Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

24 dekabr 2025 | 19:19

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 24 dekabr 2025-ci il tarixində Q.Qarayev prospekti 2a ünvanında yerləşən YAP Nizami rayon təşkilatının inzibati binasında sakinlərlə növbəti səyyar qəbul keçirib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov təsdiq olunmuş qrafikə uyğun olaraq rayon ərazisində keçirilən səyyar qəbulların məqsədinin sakinlərin qarşılaşdığı problemlərin aradan qaldırılması üçün görülən işlərin keyfiyyətinin artırılmasına, onların müraciətlərinə yerində baxılaraq, həllinin operativ təmin olunmasına xidmət etdiyini bildirib.

Sonra vətəndaşların yaşadıqları ərazi üzrə müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair aidiyyəti üzrə tapşırıqlar verilib.

Keçidlər