Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

23 yanvar 2026 | 18:13

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov yanvarın 23-də B.Çobanzadə küçəsi 69 ünvanında yerləşən 70 №-li məktəb-liseydə sakinlərlə növbəti səyyar qəbul keçirib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov təsdiq olunmuş qrafikə uyğun olaraq rayon ərazisində keçirilən səyyar qəbulların məqsədinin sakinlərin qarşılaşdığı problemlərin aradan qaldırılması üçün görülən işlərin keyfiyyətinin artırılmasına, onların müraciətlərinə yerində baxılaraq, həllinin operativ təmin olunmasına xidmət etdiyini bildirib.

Sonra vətəndaşların yaşadıqları ərazi üzrə müraciətləri dinlənilib, onlara ətraflı izahatlar verilib.

Sakinləri narahat edən və araşdırılması əlavə vaxt tələb edən digər mövcud problemlərin qısa zamanda həlli üçün əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilərək, onların həlli nəzarətə götürülüb.

Keçidlər