Nizami Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib
04 noyabr 2026 | 18:31
2026-cı il 4 noyabr tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Babək prospekti, 23/89 ünvanında yerləşən 272 №-li tam orta ümumtəhsil məktəbində sakinlərlə növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda sakinləri narahat edən məsələlər yerindəcə aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib və həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Araşdırılması və həlli əlavə vaxt tələb edən məsələlərlə əlaqədar aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib və nəzarətə götürülüb.






