Nizami Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar qəbul keçirib
02 sentyabr 2026 | 18:36
Nizami rayon sakinlərinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov sentyabrın 2-də 229 nömrəli tam orta ümumtəhsil məktəbində növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Nizami bələdiyyəsinin sədri, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib, qeydiyyata alınıb və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verilib.






